• Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Haqqımızda

1
Mədəniyyət sahəsində
Görkəmli Qərbi Azərbaycanlılar
2
Elm sahəsində
Görkəmli Qərbi Azərbaycanlılar
3
Təhsil sahəsində
Görkəmli Qərbi Azərbaycanlılar

Layihənin ideyası və qısa təsviri

Layihənin ideası görkəmli qərbi azərbaycanlıların tanıdılması, onların həyat və yaradıcılığı, fəaliyyəti və xidmətləri haqqında geniş təbliğat işlərinin aparılmasından ibarətdir. Layihənin əsas məqsədi Qərbi Azərbaycanlıların görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı, fəaliyyətləri və xidmətləri haqqında geniş təbliğat işlərinin aparılmasıdır. Layihə çərçivəsində Qərbi Azərbaycanlılarla bağlı geniş tədqiqat işləri aparılacaq. Tədqiqat işlərinin nəticəsində görkəmli şəxslərin həyatından bəhs edən sənədli film hazırlanacaq. Qərbi Azərbaycanlıların görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı, fəaliyyəti, xidmətləri və s. haqqında bəhs olunan geniş informasiya portalı yaradılacaq.Portal vasitəsi ilə istifadəçilər görkəmli şəxslərlə yanaşı Qərbi Azərbaycanda yerləşən Azərbaycanın elm, təhsil və mədəniyyət abilərəri haqqında ətraflı məlumat əldə edəcək və ictimai müzakirələr üçün portal daxilində forum bölməsi fəaliyyət göstərəcək. Ali təhsil müəssisələrində, orta məktəblərdə, yeniyetmə və gənclərlə mütəmadi görüşlər təşkil ediləcək və təbliğat işləri aparılacaq.  Təbliğat işləri zamanı ali təhsil müəssisələrində sərgilər təşkil ediləcək, xüsusi guşələr yaradılacaq Sosial şəbəkələrdə və internet resurslarında xüsusi məqalələr dərc ediləcək. Layihə nəticəsində internet resurslarında dərc edilən materiallar əsasında internet istifadəçiləri geniş məlumata sahib olmaqla yanaşı informasiya müharibəsində əsaslı faktlardan istifadə edə biləcək, Yeniyetmə gənclər Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, elm və təhsili haqqında geniş məlumatlar əldə edəcək, Qərbi Azərbaycanlıların görkəmli şəxslərindən bəhs edən sənədli film müxtəlif video portallara yerləşdiriləcək və nəticədə bu mövzu üzrə axtarış edən hər kəs doğru, dolğun və tarixi faktlara əsaslanan məlumatları əldə edə biləcək, görkəmli şəxslərin varisləri təbliğat işlərinin əsas iştirakçısına çevriləcək


Layihənin məqsəd və vəzifələri 

Layihənin məqsədi; Layihənin əsas məqsədi Qərbi Azərbaycanlıların görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı, fəaliyyətləri və xidmətləri haqqında geniş təbliğat işlərinin aparılmasıdır.

 

Layihənin vəzifələri;

- İnternet resurslarında görkəmli şəxslər haqqında məlumatların geniş şəkildə təsviri və daha asan əlçatan olmasına nail olmaq;

- Yeniyetmə və gənclər arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, elm və təhsil haqqında maarifləndirilməsinə nail olmaq;

- Tarixi faktlar, geniş tədqiqat işləri ilə erməni dezinformasiyanın qarşısını almaq;

 

  Görüləcək işlər

- Peşəkar mütəxəssislərdən ibarət tədqiqat qrupunun yaradılması

- Tarixi sənədlər və faktlar əsasında toplanan materialların vahid informasiya portalına yerləşdirilməsi (saytın yaradılması)

- Qərbi Azərbaycandan olan elm, təhsil və mədəniyyət adamlarından bəhs edən sosial çarxın hazırlanması hazırlanması

- Sərgi və guşələrin təşkili

- Ali təhsil müəssisələri və məktəblərdə görkəmli şəxslərin varisləri, tarixçi və tədqiqatçılarla görüşlərin təşkili

- Görkəmli Qərbi Azərbaycanlılar: Elm, Təhsil və Mədəniyyət Məbədi-İrəvan” mövzusunda dəyirmi masasının təşkili

- "Görkəmli Qərbi Azərbaycanlılar" kitabçasının hazırlanması