
Rəvan Cəfərli
EKSPERT
2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasını bitirib, daha sonra Türkiyənin Uludağ Universitetində “Audit və Mühasibatlıq“ ixtisası üzrə magistr təhsili alıb. Hal-hazırda Tükiyənin İstanbul Universitetində doktorantura təhsilini davam etdirir.
Rəvan Cəfərli Gənc Mühasiblər İctimai Birliyində İdarə Heyətinin Üzvü və İcraçı Direktor, GMB Klaster and Konsaltinqdə Maliyyə Direktoru vəzifəsində fəaliyyət göstərir. Avrasiya Beynəlxalq Əlaqələr və Araştırmalar İctimai Birliyində “Layihələrin İdarə Olunması” departamentinin sədri, “SUES” İctimai Birliyində Sədr Müavini və Təsisçi vəzifəsində fəaliyyət göstərmişdir.
Elmi məqalələri beynəlxalq dərgilərdə yayımlanmışdır. 250`dən çox layihənin, iki beynəlxalq konfransın təşkilatçısı və “İŞLETMELERDE HİLE RİSKİ FARKINDALIĞI-Yöneticiler için temel uygulama adımları”adlı kitabın müəllifidir.
“Hata, Yaratıcı Muhasebe ve Hile Ayrımı, Muhasebe Hilelerine Karşı Çözüm Önerisi: Enrol Skandalı Örneği”, “İşletmelerde Hile Riski Farkındalığı: Ampirik Analiz”, “Finansal Krizlerde Muhasebenin Rolü, Muhasebede Finansal Krizlerin Rolü: Muhasebe temelli faktörlerin Domino Etkisi (Kriz Muhasebesi)” kimi məqalələri ilə mühasibatlıq sahəsinə yeni analiz metodları gətirmişdir.